Xaçmazda din xadimləri ilə görüş keçirilib

15 Апреля, 2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev ölkəmizdə dövlət–din münasibətlərindən bəhs edib, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə göstərilən xüsusi qayğını diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba–Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasıyev çıxış edərək, müstəqillik illərində dövlət–din münasibətlərində baş vermiş köklü dəyişikliklərdən danışıb, dini ibadət yerlərinə göstərilən diqqət və qayğının davamlı olduğunu diqqətə çatdırıb.

Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov isə çıxışında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən İlahiyyat İnstitutu yüksəksəviyyəli dini təhsil almaq üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, gənclər xarici ölkələrə üz tutmadan Azərbaycanda həm dini, həm də dünyəvi biliklərə yiyələnə bilirlər.

A.Qafarov qeyd edib ki, təhsilalanlar üçün yaradılmış müasir şərait, peşəkar müəllim heyəti və zəngin tədris proqramı tələbələrin gələcəkdə savadlı və cəmiyyətə faydalı din xadimləri kimi formalaşmalarına geniş imkanlar açır.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-də və Bakı İlahiyyat Kollecində həyata keçirilən tədris prosesi və yaradılan imkanlar barədə ətraflı məlumat verib. Bildirib ki, hər iki təhsil müəssisəsində tələbələrin hərtərəfli inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin aşılanmasına xüsusi diqqət yetirilir.

E.Orucov daha sonra vurğulayıb ki, İnstitutda təhsil alan tələbələr dərsliklərlə pulsuz təmin edilir, eyni zamanda, yeməkpulu və müxtəlif təqaüdlərdən yararlanırlar.

Görüş müzakirələrlə davam edib.

Вверх

Новости

Архив
alt menü