Ulu Öndər Heydər Əliyevi Anım Günü ilə əlaqədar tədbir keçirilib

12 Декабрь, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ulu Öndər Heydər Əliyevi Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Öncə Aİİ kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Ulu Öndərin xidmətlərinin nəticəsi olaraq, sütunları möhkəm bir dövlət miras qoyub-getdiyini və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq, dövlətimizin daha da inkişaf etdiyini vurğulayıb.

Din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdıran rektor dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının məhz Ümummilli Liderin xidmətləri sayəsində baş verdiyini vurğulayıb.

Aİİ rektoru tələbələrə tövsiyələrini söyləyərkən bildirib ki, gənclər radikal qüvvələrə qarşı elmlə, biliklə mübarizə aparmalı, milli-mənəvi dəyərlərimizin keşiyində durmalıdırlar.

Daha sonra Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa “Azərbaycan tarixində şəxsiyyət faktoru” mövzusunda çıxış edib. Məruzəçi Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə Azərbaycan dövlətçilik tarixi fonunda nəzər salıb. Heydər Əliyevin və onun uğurlu davamçısı Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

Вверх

Новости

Архив
alt menü