Tələbələr Lənkərana səfər ediblər

31 Май, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin “Tarixi-memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsi çərçivəsində Lənkəran rayonuna səfəri təşkil olunub.

Layihə çərçivəsində Aİİ-nin müəllimləri – t.f.d., dos. Rəşad Mustafa, f.f.d. Aliyə Mürsəlova, f.f.d. İradə Tağıyevanın müşayiəti ilə tələbələr Lənkəran rayonuna səfər ediblər.

Səfər zamanı Böyük Bazar məscidinə, Lənkəran Xan Sarayına (hazırda bu binada Tarix Diyarşünaslıq Muzeyi yerləşir) ziyarət təşkil olunub.

İnstitutun Tarix fənnini tədris edən Rəşad Mustafa və Dinlər tarixi müəllimi Aliyə Mürsəlova tələbələrə qədim məkanlar haqqında geniş məlumat verib, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, “Tarixi memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsinin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli təşkil edib, ölkəmizin paytaxtında və bölgələrimizdə yerləşən tarixi mirasımızın gənc nəslə tanıdılmasına, onların milli-mənəvi ruhda yetişdirilməsinə şərait yaratmaqdır.

Вверх

Новости

Архив
alt menü