Tələbələr arasında “Siyər” müsabiqəsi keçirilib

07 Март, 2025

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil edilən “Siyər” müsabiqəsi keçirilib.

Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin I kurs tələbələri iştirak ediblər. Aİİ İlahiyyat fakültəsinin dekanı, dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Vüqar Səmədov və Dillər və ictimai fənlər kafedrasının müəllimi, f.f.d. Əmir Kahayev münsiflər heyətində təmsil olunublar.

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Siyər” yarışmasında I yerə – “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Reyhan Şirinova; II yerə – “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Abdulsalam Murtuzov; III yerə – “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Cavad Məmmədov layiq görülüblər.

Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Вверх

Новости

Архив
alt menü