Tələbələr arasında esse müsabiqəsi keçirilir

04 Март, 2025

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında esse müsabiqəsi keçirilir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda esselərini 30 aprel 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqəyə təqdim edilən esselər “MS Word” proqramında, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.

Mətnin yuxarı sağ küncündə tələbənin adı, soyadı və ata adı; ixtisası və kursu; elektron poçt ünvanı; mərkəzdə essenin adı olmalıdır.

Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 700-1000 aralığında olmalıdır.

Təqdim edilən esselərin seçimi münsiflər heyəti tərəfindən müəyyən olunacaq. İlk 3 (üç) yerin qalibi mükafatlandırılacaq.

Əlaqə: İlahiyyat fakültəsinin dekanlığı (otaq 304).

Вверх

Новости

Архив
alt menü