Şamaxı rayonuna ekskursiya təşkil edilib

17 Июль, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Şamaxı rayonuna ekskursiya təşkil edilib.

Ekskursiya çərçivəsində tələbələr Şamaxı rayonunun Avaxıl kəndində yerləşən Pir Ömər Xəlvəti türbəsini, Şamaxı Cümə məscidini və Yeddi Günbəz türbələr kompleksini ziyarət ediblər. Onlar tarixi-memarlıq abidələrinin memarlıq xüsusiyyətləri, tarixi inkişaf mərhələləri və milli-mədəni irsimizdə tutduğu yer barədə ətraflı məlumat əldə ediblər.

Səfər zamanı Aİİ İlahiyyat fakültəsinin İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa ziyarət olunan tarixi-memarlıq abidələrinin tarixi, memarlıq üslubu və Azərbaycan mədəni irsindəki əhəmiyyəti barədə tələbələrə geniş bəhs edib.

Qeyd edək ki, ekskursiya tələbələrin Azərbaycanın zəngin tarixi-memarlıq irsi ilə yaxından tanış olmaları, milli-mədəni dəyərlərimiz haqqında biliklərinin artırılması, tarixi irsimizin qorunması və təbliğinin əhəmiyyətinin gənclərə aşılanması məqsədilə təşkil olunub.

Вверх

Новости

Архив
alt menü