Komitə sədri Göyçayda tələbənin evini ziyarət edib

04 Декабрь, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Komitənin və Aİİ-nin rəhbər heyəti dekabrın 3-də Göyçay rayonunda “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Aişə Vəliyevanın ailəsinin qonağı olublar.

Komitə sədri Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı proqramlar gənclərin peşə hazırlığını, bacarıqlarını və əmək bazarına inteqrasiyasını daha da sürətləndirir. Qeyd edib ki, gənclərin savadlı, milli dəyərlərə bağlı və məsuliyyətli vətəndaş kimi yetişməsi dövlət siyasətinin prioritetlərindəndir. Bu məqsədlə icra olunan layihələr gənclərin cəmiyyətə faydalı, ölkənin inkişafında fəal iştirakçı kimi formalaşmalarına xidmət edir. Dövlət Komitəsinin sədri Aİİ-də aparılan sosial və maarifləndirici layihələrin tələbələrin dünyagörüşünü genişləndirdiyini, ictimai aktivliyini artırdığını və sağlam öyrənmə mühitinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

“Qonağınız müəllimlərinizdir” layihəsi haqqında da danışan Ramin Məmmədov deyib ki, belə görüşlər tələbələrin fərdi inkişafına dəstək olmaq, onların sosial-psixoloji ehtiyaclarını öyrənmək və təhsil mühitində sağlam ünsiyyətin qurulması baxımından əhəmiyyətlidir.


Tələbənin valideynləri göstərilən diqqət və qayğıya, tələbələr üçün yaradılan şəraitə, təqaüdlər və əlavə dəstək imkanlarına görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.

Вверх

Новости

Архив
alt menü