İlahiyyat İnstitutunun tələbələri “Şükriyyə” tamaşasını izləyiblər
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Akademik Milli Dram Teatrında olublar.
Aİİ tələbələri yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşanı izləyiblər.
Tamaşada Əməkdar artist Münəvvər Əliyeva, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti Əli Nur, Əməkdar artistlər – Elşən Rüstəmov, Mehriban Xanlarova, Vəfa Rzayeva və digər aktyorlar çıxış ediblər.
Qeyd edək ki, pyes Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edir.