İlahiyyat İnstitutunun tələbələri Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib

03 Октября, 2025

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisini (Baku Internatiolnal Book Fair 2025) ziyarət ediblər.

Sərgidə yerli və xarici yazarların iştirakı ilə 250-dən artıq tədbir, imza günləri, kitab təqdimatlarının baş tutacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu da sərgidə iştirak edir. Ali təhsil müəssisəsi sərgidə elmi nəşrlər baxımından beynəlxalq standartlara cavab Din Araşdırmaları Jurnalının, “İlahiyyat nəşrləri” adı altında nəşr etdirdiyi ali təhsil müəssisəsi müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin, İnstitutun fəaliyyətini özündə əks etdirən Bülletenin nümayişini həyata keçirir.

#BakıKitabSərgisi2025 #BakuBookFair2025 #Azərbaycanilahiyyatinstitutu #AzerbaijanInstituteofTheology #BakuBookFest

Вверх

Новости

Архив
alt menü