İlahiyyat İnstitutunda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

07 Ноябрь, 2025

Azərbaycan İlahiyyat İnstitutunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” və seminar keçirilib.

Tədbirlərdə İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, dekan müavini, dosent Asəf Qənbərov, İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa, Dinşünaslıq kafedrasının müəllimi Elnur Əzimli və tələbələr iştirak ediblər.

Tədbirlərdə 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsinin, Azərbaycan xalqının yenilməz ruhunun, milli birliyinin və Müzəffər Ordumuzun gücü ilə qazanıldığı vurğulanıb.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin bütün istiqamətlərdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyi, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyi xüsusi qeyd olunub. Təsadüfi deyil ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq xalqın bütün təbəqələrinə məxsus insanlar 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı cəsarətlə vuruşub, böyük igidlik və qəhrəmanlıqlar göstərib.

Tədbirlərdə Zəfər qazanan ölkəmizin davamlı tərəqqisinə xidmət edən islahatlar, işğaldan azad edilmiş doğma torpaqlarımızda aparılan bərpa-quruculuq işləri barədə məlumatlar da nəzərə çatdırılıb.

Вверх

Новости

Архив
alt menü