İlahiyyat İnstitutunda insan hüquqlarına həsr olunmuş növbəti tədbir keçirilib

10 Июнь, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İnsan hüquqları aylığı çərçivəsində “Sosioloji baxımdan insan hüquqları” mövzusunda növbəti seminar keçirilib.

Tədbirdə Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi, s.f.d. Daşdəmir Mahmandarov məruzə ilə çıxış edib.

D.Mahmandarov insan hüquqlarının cəmiyyətin inkişafındakı rolu, sosial münasibətlər sistemində yeri, hüquq və azadlıqların təmin olunmasının sosial sabitliyə və ədalətli cəmiyyətin formalaşmasına təsiri, habelə insan hüquqlarına sosioloji yanaşmalar barədə ətraflı məlumat verib. O qeyd edib ki, insan hüquqlarına hörmət cəmiyyətdə qarşılıqlı etimadın möhkəmlənməsinə, sosial həmrəyliyin güclənməsinə və davamlı inkişafın təmin edilməsinə xidmət edən mühüm amillərdəndir.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Вверх

Новости

Архив
alt menü