İlahiyyat İnstitutu dosentinin məqaləsi İndoneziyada nəşr olunan beynəlxalq elmi jurnalda dərc edilib

29 Апреля, 2026

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, dosent Elvüsal Məmmədovun həmmüəlifi olduğu “Səhabələrin rəvayətlərinin müzakirəsi: peyğəmbər hədislərinə hz. Aişənin (r.a) yanaşmasının izahlı təhlili” (“Disputing the Narrations of the Companions: A Speech Acts Analysis of ‘Â’isyah RA’s Corrective Responses in Prophetic Hadîts”) adlı məqaləsi “Miqot: İslam elmləri jurnalı”nda (MIQOT: Jurnal Ilmu-ilmu Keislaman)” dərc olunub.

Məqalədə Həzrət Aişənin digər səhabələrin hədis rəvayətlərinə yanaşması müasir dilçilik – nitq aktları nəzəriyyəsi əsasında təhlil olunur. Tədqiqat göstərir ki, bu düzəlişlər təsadüfi deyil, müəyyən dil və ünsiyyət strategiyalarına əsaslanır, erkən İslam dövründə biliklərin formalaşması prosesində mühüm rol oynayır.

Məqalə, həmçinin hədislərin yalnız dini mətn kimi deyil, sosial və kommunikativ prosesin bir hissəsi kimi öyrənilməsinin vacibliyini vurğulayır.

Qeyd edək ki, “Miqot: İslam elmləri jurnalı” İndoneziyada nəşr olunan elmi jurnaldır, beynəlxalq elmi bazalarda, o cümlədən “Scopus” elmmetrik bazasında indekslənir.

Вверх

Новости

Архив
alt menü