Elmi Şuranın növbəti iclası keçirilib

08 Май, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlər, İnstitutun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Ali təhsil müəssisəsinin rektoru, dosent Aqil Şirinov cari məsələlərin həlli istiqamətində fikirlərini bölüşüb. Qarşıda duran vəzifələr haqqında bəhs edən A.Şirinov 2023-2024-cü tədris ili üçün İnstituta tələbə qəbulu zamanı yüksəkballı abituriyentlərin müəssisəyə cəlb edilməsinin, eyni zamanda, ali təhsil ocağı haqqında maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi məsələsinə toxunub. Rektor bu sahədə atılan addımlar barədə söhbət açıb.

İnstitutun xarici əlaqələr və beynəlxalq əməkdaşlıq fəaliyyətinin təşkili vəziyyətinə toxunan A.Şirinov gələcək səfərlər və beynəlxalq tədbirlər haqqında da Elmi Şura iştirakçılarını məlumatlandırıb.

Elmi Şurada, həmçinin İnstitut üzrə elmi seminarların planlaşdırılması və təşkili, magistranların elmi-tədqiqat fəaliyyətinin və dissertasiyalarının yazılması və digər cari məsələlər barədə müzakirələr aparılıb.

Вверх

Новости

Архив
alt menü