Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib

29 Декабрь, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir İnstitut tələbələrinin iştirakı ilə baş tutub.
Aİİ İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və ideoloji əhəmiyyətindən danışıb. O, bu günün milli birliyin, həmrəyliyin və ortaq kimliyin rəmzi olduğunu vurğulayıb.
Rəşad Mustafa bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dövlət səviyyəsində qeyd olunmağa başlayıb.
R.Mustafa bu əlamətdar günün 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər fonunda daha dərin məna kəsb etdiyini nəzərə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalq–ordu birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunub və bu Qələbə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını təşkil edir.
Dosent Rəşad Mustafa daha sonra əlavə edib ki, 44 günlük müharibə azərbaycançılıq ideyasını gücləndirib, birliyimizin və həmrəyliyimizin gücünü bütün dünyaya nümayiş etdirib.
Sonda o, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 44 günlük Vətən müharibəsindən sonra daha böyük qürur və məsuliyyət hissilə qeyd edildiyini, bugünün gələcək nəsillərə milli birlik, vətənpərvərlik və dövlətçilik dəyərlərini aşılamaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Вверх

Новости

Архив
alt menü