Beynəlxalq simpoziumun məqalələr toplusu çapdan çıxıb

16 Январь, 2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 22-23 oktyabr 2025-ci il tarixində Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun məqalələr toplusu çapdan çıxıb. Kitabda beynəlxalq simpoziumun mövzularını əhatə edən 33 məqalə mövcuddur.

Simpoziumun materiallar toplusunda yer alan məqalələr din təhsilinin dünyəvi, dini, formal, qeyri-formal, milli, beynəlxalq müstəvilərdə inkişafetmə yollarını, bu prosesdə mənəvi dəyərlərin rolu və XXI əsrin yeni reallıqları fonunda din təhsilində hansı modellərin daha effektiv ola biləcəyi kimi məsələləri və bunlara dair dərin elmi diskussiyaların xülasəsini ehtiva edir.

Nəşr olunan sözügedən materiallar təkcə akademik dairələr üçün deyil, həm də təhsil mütəxəssisləri, siyasətçilər, din xadimləri və cəmiyyətin maariflənlənməsində maraqlı olan bütün tərəflərdən ötrü faydalı və dərinməzmunlu mənbədir.

Toplu Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunub.

Qeyd edək ki, “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan da daxil olmaqla, 15 ölkədən 70-dək mütəxəssis alim iştirak edib. Simpoziumun əsas məqsədi yalnız nəzəri müzakirələrlə kifayətlənmək deyil, eyni zamanda, praktik nəticələr çıxarmaq, din sahəsində yeni təhsil modellərinin formalaşdırılması üçün tövsiyələr təqdim etmək və təkliflər irəli sürməkdir.

Вверх

Новости

Архив
alt menü