BAKI İLAHİYYAT KOLLECİNƏ QƏBUL OLMAQ İSTƏYƏN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

21 Апреля, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci 2025/2026-cı tədris ili üçün “Dini-mənəvi xidmət” ixtisası üzrə tələbə qəbulu elan edir.
Hansı abituriyentlər Bakı İlahiyyat Kollecini seçə bilərlər:
Tam (11 illik) orta təhsil bazası əsasında (cari və əvvəlki illərin məzunları) Dövlət İmtahan Mərəkəzi tərəfindən keçirilən buraxılış (qəbul) imtahanında iştirak edən və minimum 40 bal toplyan abituriyentlər;
Ümumi (9 illik) orta təhsil bazası əsasında (cari və əvvəlki illərin məzunları) Dövlət İmtahan Mərəkəzi tərəfindən keçirilən buraxılış (qəbul) imtahanında iştirak edən və minimum 50 bal toplayan abituriyentlər.
Hər iki təhsil bazası əsasında DİM-nin saytında Dini-Psixoloji Komissiya üzrə qeydiyyatdan keçib müsahibədə “məqbul” alan abituriyentlər.
Qeyd: Kollecə 9 illik orta təhsil bazası əsasında qəbul olmaq istəyən abituriyentlər (yalnız cari və keçən ilin məzunları) Dini-Psixoloji Komissiyaya qeydiyyat başlayana qədər DİM-ə ərizə ilə müraciət etməlidirlər.
Bakı İlahiyyat Kollecinə qəbul yalnız dövlət sifarişi əsasındadır.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani, 29.

Вверх

Новости

Архив
alt menü