Azərbaycan İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb

16 Ноябрь, 2020

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov birinci kurs tələbələri ilə onlayn görüş keçirib.

Rektor öncə tələbələri 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız böyük zəfər münasibətilə təbrik edib. 27 Sentyabrda Müzəffər Ordumuzun başlatdığı əks hücum əməliyyatı haqqında fikirlərini bildirən A.Şirinov bu qələbənin şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əldə etdiyimizi qeyd edib. Rektor şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək, Qurani-Kərimin Bəqərə surəsinin 154-cü ayəsinə diqqət çəkib.

Daha sonra Aqil Şirinov koronavirus pandemiyasından söhbət açıb. Bildirib ki, Qarabağda ön cəbhədə görünən düşmənlə mübarizə apardıq, amma hələ də görünməyən düşmənlə mübarizəmiz davam edir. Rektor tələbələri pandemiya dövründə qaydalara riayət etməyə çağırıb.

Rektor Azərbaycan İlahiyyat İnstitutunda mövcud müəllim-tələbə münasibətlərindən danışıb. Qeyd edib ki, ali təhsil müəssisəsində təkcə müəllimlər deyil, əməkdaşlarımız da tələbələrlə ünsiyyət qurur, onların problemləri ilə maraqlanırlar. İslamşünaslıq və Dinşünaslıq ixtisası üzrə yetişəcək tələbələrə öz tövsiyələrini verən Rektor onlara dərslərə ciddi yanaşmağı, distant təhsildən yararlanmağı tövsiyə edib, tədris olunan xarici dillər barədə ətraflı danışıb.

Вверх

Новости

Архив
alt menü