Azərbaycan İlahiyyat İnstitutunun dekanı ali məktəb müəllimlərinə təlim keçib

30 Май, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakütləsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova ali məktəblərdə “Multikulturalizmə giriş” fənnini tədris edəcək müəllimlər üçün Bakı Beynəlxalq Mutikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi təlim-seminarda təlimçi qismində iştirak edib.

“Multikulturalizmə giriş” fənni 2019-2020-ci tədris ilindən etibarən, Azərbaycan Prezidentinin tövsiyəsi və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində əsas fənn kimi tədris olunur.
Dos. E. Əzizova təlim-seminar çərçivəsində Hinduizm, Buddizm, Konfutsiçilik, Daoizm, Caynizm, Siqhizm və Şintoizm dinlərinin inanc, ibadət, əxlaq kodeksləri və ictimai strukturu haqqında təlim iştirakçılarını məlumatlandırıb, “Multikulturalizmə giriş” fənninin tədrisi çərçivəsində sözügedən dinlərlə əlaqəli pedaqoji və metodoloji tövsiyələrini verib.

Qeyd edək ki, 2019-cu ildən BBMM-in “Multikulturalizmə giriş” fənninin tədrisi ilə əlaqəli təlim-seminarlarda təlimçi qismində iştirak edən dos. E.Əzizova İstanbul Universitetində “Dinlər tarixi” ixtisası üzrə doktorantura təhsili alıb, 2007-ci ildən Azərbaycanın müxtəlif universitetlərində bakalavriat və magistratura səviyyələri üzrə dinlər tarixinə dair fənlər tədris edib, müasir dinlərarası münasibətlərlə əlaqəli surətdə Portuqaliyanın Viana de Castelo və ABŞ-nin Temple universitetlərində elmi-tədqiqatlar aparıb. Həmçinin ABŞ-nin Temple, Southern California, California State University və Johnson C. Smith universitetlərində Azərbaycanda dini müxtəliflik və müasir dinlərarası münasibətlər mövzularında qonaq mühazirəçi qismində mühazirələr oxuyub.

Вверх

Новости

Архив
alt menü