Azərbaycan İlahiyyat İnstitutu sərgidə iştirak edir

29 Июль, 2026

Dövlət İmtahan Mərkəzində (DİM) ali təhsil müəssisələrinin sərgisi keçirilir.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da iştirak edir.

Sərgidə Aİİ nümayəndələri ali təhsil müsəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verirlər. Eyni zamanda, ziyarətçilər İnstitutun fəaliyyətini əks etdirən bülleten, Din Araşdırmaları Jurnalı, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları ilə tanış olmaq imkanına malikdirlər.

Qeyd edək ki, sərgi 29-31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Burada həmçinin iştirakçılara DİM in mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaq imkanı verilir.

Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər.

Sərgiyə giriş ödənişsizdir.

Вверх

Новости

Архив
alt menü