Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında növbəti dəfə dissertasiya işlərinin müdafiəsi keçiriləcək

27 Июнь, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 noyabr 2020-ci il tarixli F-152 saylı əmrinə əsasən, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında dissertasiyaların müdafiəsi keçiriləcək.
Dissertasiya işlərinin müdafiəsi 29 iyun 2021-ci il tarixdə “ZOOM” proqramı vasitəsilə onlayn formatda təşkil olunacaq.
Məlumat üçün bildiririk ki, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Sevinc Vaqif qızı Rəhnulla “Şeyxülislam Əbdüssalam Axundzadənin dini-etik görüşləri” mövzusunda, həmçinin Sara Dostəli qızı Məmmədovanın “Qurani-Kərimin tərbiyə metodu və vasitələri” mövzusunda dissertasiya işlərinin müdafiəsi planlaşdırılır.
QEYD:
1. Sevinc Vaqif qızı Rəhnullanın ““Şeyxülislam Əbdüssalam Axundzadənin dini-etik görüşləri” mövzusunda müdafiəsi: 29.06.2021-ci il tarixdə, saat:12:00-da.
2. Sara Dostəli qızı Məmmədovanın “Qurani-Kərimin tərbiyə metodu və vasitələri” mövzusunda müdafiəsi: 29.06.2021-ci il tarixdə, saat:14:00-da.


Qoşulmaq üçün link:

https://zoom.us/j/3758829110?pwd=V1RVdS9ybkROYnF5M0kyR0VSQWZaUT09

Meeting ID: 3758829110
Passcode: Zsba1H

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.
Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.




Вверх
alt menü