Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında dissertasiya işlərinin müdafiəsi keçiriləcək

08 Июнь, 2021


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 noyabr 2020-ci il tarixli F-152 saylı əmrinə əsasən, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında dissertasiyaların müdafiəsi keçiriləcək.
Dissertasiya işlərinin müdafiəsi 8 iyun 2021-ci il tarixdə “ZOOM” proqramı vasitəsilə onlayn formatda təşkil olunacaq.
Məlumat üçün bildiririk ki, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Aliyə Samir qızı Mürsəlovanın “İslamda vərəsəlik hüququ (Hənəfi məzhəbi əsasında)” mövzusunda, həmçinin Dürdanə Şükür qızı Cəfərlinin “Müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası” mövzusunda dissertasiya işlərinin müdafiəsi planlaşdırılır.

QEYD:

1. Aliyə Samir qızı Mürsəlovanın “İslamda vərəsəlik hüququ (Hənəfi məzhəbi əsasında)” mövzusunda müdafiəsi; 08.06.2021-ci il tarixdə, saat:12:00-da.
2. Dürdanə Şükür qızı Cəfərlinin “Müasir islamşünaslıqda “həqiqi İslam” konsepsiyası” mövzusunda müdafiəsi; 08.06.2021-ci il tarixdə, saat:14:00-da.

Qoşulmaq üçün link:

https://zoom.us/j/8037697402?pwd=R0tpL0gvTHlJMTl5cXg1WVN6cHBsdz09

Meeting ID: 8037697402
Passcode: 2iJM8c


Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.
Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.

Вверх
alt menü