Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq, hər il təşkil edilən “Siyər” müsabiqəsi keçirilib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq, hər il təşkil edilən “Siyər” müsabiqəsi keçirilib.
Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin I kurs tələbələri iştirak ediblər. Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov, İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova və İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Vüqar Səmədov münsiflər heyətində təmsil olunublar.
Mükafatlandırma mərasimində belə müsabiqələrin tələbələrin bilik və bacarıqlarının artırılmasında, elmi maraqlarının formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, bu cür tədbirlər tələbələrin tədqiqat aparmaq, məntiqi düşünmək və öz fikirlərini əsaslandırılmış şəkildə ifadə etmək bacarıqlarına köməklik göstərir. Müsabiqə, eyni zamanda, tələbələr arasında sağlam rəqabət mühitinin yaranmasına və onların elmi fəaliyyətə maraqlarının artmasına şərait yaradır.
Sonda iştirakçılara gələcək çalışmalarında uğurlar arzu edilib.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşdirilib. Beləliklə, “Siyər” yarışmasında I yerə – “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Həmzə Həmzə; II yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Reyhan Şirinova; III yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova layiq görülüblər.
Müsabiqənin qalibləri mükafatlandırılıblar və iştirakçılara münsiflər heyəti tərəfindən təşəkkürnamələr təqdim edilib.