İlahiyyat İnstitutunda “Erkən nikah və qohum nikahların mənfi nəticələri” mövzusunda tədbir keçirilib

20 May, 2024

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə keçirilən tədbirlərin davamı olaraq, 20 may 2024-cü il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə “Erkən nikah və qohum nikahların mənfi nəticələri” mövzusunda görüş keçirilib.


Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, erkən nikah və qohum nikahların qarşısının alınması istiqamətində dövlət, xüsusilə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər, qəbul edilən normativ-hüquqi sənədlər, belə nikah hallarının törətdiyi mənfi nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. K.Əliyeva patriarxal stereotiplər əsasında yaranan erkən nikah, qohum nikahlarla mübarizədəbütün cəmiyyət üzvlərinin fəal olmalarının vacibliyini vurğulayaraq, tələbələrə öz tövsiyələrini verib.


Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin ekperti Zümrüd Kazımova erkən nikahın reproduktiv sağlamlığa mənfi təsirlərindən, qohum nikahları nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən geniş danışıb.


Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı sosial çarx nümayiş etdirilib. Görüşdə ümumilikdə 100 nəfər tələbə faydalanıb.


sub menu