İlahiyyat İnstitutunda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

19 September, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa mövzu ətrafında məruzə ilə çıxış edib. O bildirib ki, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.

Məruzəçi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədən sonra, 19-20 sentyabr 2023-cü tarixində həyata keçirilən, cəmi 23 saat davam edən əməliyyatlarla ölkəmizin ərazi bütövlüyü və suveren hüquqları tam təmin edildi.

R.Mustada 20 Sentyabr tarixinin xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvolu olduğunu, bu əlamətdar günün gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir vəsilə olduğunu diqqətə çatdırıb.

sub menu