Doktoranturaya tələbə qəbulu elan edilir

14 May, 2025

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2025-ci il üçün fəlsəfə doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.

Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulunun 13 may – 2 iyun 2025-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Əlaqə nömrəsi: +994 12 436 77 66 (daxili: 118; 117)

sub menu