Azərbaycan İlahiyyat İnstitutunun rektoru Təhsil eksperti Kamran Əsədovla görüşüb

26 April, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov təhsil eksperti Kamran Əsədovla görüşüb.
Aİİ rektoru Aqil Şirinov ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, İnstitutda yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə ərəb və ingilis dillərində sərbəst mühazirə deyə biləcək mütəxəssislərimiz mövcuddur.
İnstitut rəhbəri daha sonra bildirib ki, tələbələrimizə mükəmməl dini və dünyəvi biliklərin aşılanması üçün dərslərdən əlavə, ödənişsiz dil kursları da fəaliyyət göstərir.
Rektor, həmçinin İnstitutun nəşrləri barədə məlumat verərək, ali təhsil müəssisəsinin elmi fəaliyyətinin əsas göstəricisi olan “Din araşdırmaları” jurnalının gələcəkdə beynəlxalq indeksli jurnallar sırasına daxil ediləcəyi istiqamətində çalışıldığını vurğulayıb.
Təhsil eksperti Kamran Əsədov mövhumat və xurafatla mübarizədə, həmçinin dinin düzgün şəkildə cəmiyyətə çatdırılmasında Azərbaycan İlahiyyat İnstitutunun yetişdirdiyi tələbələrin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Görüşdə, həm də Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru və “təhsil.biz” saytının təsisçisi kimi çıxış edən Kamran Əsədov ali müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, fəaliyyətinin işıqlandırılması istiqamətlərində birgə fəaliyyət məsələləri haqqında bəhs edib.
Görüşdə Azərbaycanda dini durum və təhsil sahəsində mövcud vəziyyət, planlar, perspektivlər mövzusunda müzakirələr aparılıb.

sub menu