Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova beynəlxalq konfransda iştirak edib

29 November, 2021

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Qazaxıstan Respublikasının Təhsil Nazirliyi və R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun “Qazaxıstan və Şərq dünyası: keçmiş, indi və gələcək” mövzusunda birgə təşkil etdikləri beynəlxalq elmi və praktiki konfransda iştirak edib.

E. Əzizova Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan mədəni münasibətlərdən bəhs edib.

Məruzəçi daha sonra qeyd edib ki, hər iki dövlət türk-İslam dünyasının siyasi və iqtisadi cəhətdən önəmli təmsilçiləridir. Bu səbəbdən, qarşılıqlı münasibətlər son dövrlərdə xüsusilə inkişaf etməkdədir.

sub menu