Azərbaycan İlahiyyat İnstitutunda Qurban bayramı münasibətilə tədbir keçirilib

08 July, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qurban bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Aİİ-nin müəllimləri, tələbələri və əməkdaşlar iştirak ediblər.
Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova tədbir iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbriklərini çatdırıb. O, İlahiyyat İnstitutunda maariflənmə xarakteri daşıyan bu cür tədbirlərin önəmini diqqətə çatdırıb.
İslamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdikdən sonra, Qurban bayramı haqqında ətraflı məlumat verib. Qurban bayramının tarixi əhəmiyyətindən bəhs edən V.Səmədov bildirib ki, İslamdan əvvəl də qurbankəsmə mərasimi bütün ilahi dinlərdə mövcud olub.
Vüqar Səmədov daha sonra İslam dininə görə kəsilən qurbanların hökmləri haqqında təfsilatlı məlumat verib. Bildirib ki, bu bayram müsəlmanları birləşdirir, onları gözəl niyyətlər və xeyirxah əməllərə sövq edir.
Tədbir maraqlı müzakirələrlə davam edib.

sub menu