Aİİ-də yeni tədris ilinin başlanması ilə bağlı iclas keçirilib

14 September, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2026/2027-ci tədris ilinin başlanması ilə bağlı iclas keçirilib.

İclasda Aİİ rektoru, dosent Aqil Şirinov yeni tədris ilinin başlanması münasibətilə institut kollektivini təbrik edib, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor çıxışında 2026/2027-ci tədris ilində qarşıda duran əsas məqsəd və vəzifələrdən danışıb. A.Şirinov tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi, elmi fəaliyyətin inkişaf etdirilməsi, tələbələrin akademik göstəricilərinin və institutdaxili fəallığının artırılması istiqamətində görüləcək işlərin əhəmiyyətini qeyd edib. İnstitut rəhbəri yeni tədris ilində əməkdaşların üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin qarşıya qoyulan hədəflərə çatmaq baxımından vacib olduğunu bildirib.

A.Şirinov Aİİ-nin təhsil və elm sahəsində əldə etdiyi nəticələrə toxunaraq, institutun mövcud imkanlarından səmərəli istifadə olunmasının, akademik mühitin daha da inkişaf etdirilməsinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.

Sonda yeni tədris ilinin uğurlu və səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

sub menu