İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında dissertasiya işlərinin müdafiəsi keçiriləcək

03 December, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 noyabr 2020-ci il tarixli F-152 saylı əmrinə əsasən, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında iki dissertasiya işinin müdafiəsi keçiriləcək.

Dissertasiya işlərinin müdafiəsi 7 dekabr 2021-ci il tarixdə “ZOOM” proqramı vasitəsilə onlayn formatda təşkil olunacaq.

1. 7214.01 –“Dinin tarixi və fəlsəfəsi” ixtisasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Elxan Firudin oğlu Abdullabəyovun“İslamda və xristianlıqda etik davranış və ünsiyyət mədəniyyəti” mövzusunda dissertasiya işinin müdafiəsi; 7.12.2021-ci il tarixdə, saat:11:00-da.


2. 7214.01- “Dinin tarixi və fəlsəfəsi” ixtisasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Əminə Təvəkkül qızı Əliyevanın “Xəlvətiyyə: İdeya mənbələri və müasir inkişaf meyilləri (əlcəzair nümunəsində)” mövzusunda dissertasiya işinin müdafiəsi; 7.12.2021-ci il tarixdə, saat:14:00-da.

Qoşulmaq üçün link:
https://zoom.us/j/4356599431?pwd=RUdnajdVaHBJRHRiL2kwSlpIeENLUT09

Meeting ID: 8037697402
Passcode: 2iJM8c

Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların avtoreferatları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz.

Elxan Firudin oğlu Abdullabəyovun avtoreferatı

Əminə Təvəkkül qızı Əliyevanın avtoreferatı

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.

sub menu