Tələbələr üçün elmi seminarlar təşkil olunub

21 Aprel, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələr üçün elmi seminarlar təşkil olunub.

Mühazirələr Türkiyənin İbn Haldun Universiteti Sivilizasiyalar Alyansı İnstitutunun dosenti Ayaz Əsədov tərəfindən keçirilib.

Tələbələrin böyük marağına səbəb olan mühazirələrdə dosent Ayaz Əsədov “Tənqidi nəzəriyyəyə giriş”; “Elmdə avropamərkəzliliyin aşılması”; “Sosial elmlərdə müqayisəli nəzəriyyə və metodlar”; “Sosial elmlərdə İslam: mövcud akademik yanaşmalara analitik baxış”; “Edvard Səiddən sonra şərqşünaslıq: yeni yanaşmalar və müzakirələr” mövzularında baş tutub.

Qeyd edək ki, Aİİ-də yüksəkixtisaslı kadrların hazırlanması, eyni zamanda, tələbələrin elmi potensiallarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə, İnstitut təhsilalanların tədqiqat bacarıqlarının inkişafı üçün yerli və xarici ölkə alimlərinin təlim və seminarlarını keçirir, müxtəlif təqaüd proqramlarında tələbələrin aktiv iştirakını təmin edir.

alt menü