Tələbələr İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar

10 May, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Ekskursiya iştirakçıları Qoşa qala qapısı, Qala divarları, Miniatür Kitab Muzeyi, Seyid Yəhya Bakuvinin türbəsi, Bəylər və Sınıqqala məscidləri, Sıratağlı Dini Memarlıq Kompleksi, “Multanı” və “Buxara” karvansaralarını ziyarət ediblər.

Aİİ tələbələrinin ekskursiya və təlim formatında təşkil olunan ziyarəti Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. Aliyə Mürsəlovanın müşayiəti ilə baş tutub.

alt menü