professor Damir Muhetdinova Aİİ-nin “Fəxri professoru” diplomunu təqdim edib

15 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov “Dini-mənəvi dəyərlərin qorunması: sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan XIX Beynəlxalq Müsəlman Forumu çərçivəsində Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, professor Damir Muhetdinova Aİİ-nin “Fəxri professoru” diplomunu təqdim edib.

Diplom D. Muhetdinova Azərbaycan və Rusiya arasında ilahiyyat sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə təqdim edilib.

Qeyd edək ki, Aİİ rektoru, dosent Aqil Şirinov Moskva İslam İnstitutunun fəxri professorudur.

alt menü