İnstitutda “Hədis əzbərləmə” yarışması keçirilib

11 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Hədis əzbərləmə” yarışması keçirilib.

Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri – fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kaxayev, dosent Namiq Abuzərov, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov təmsil olunublar.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “Hədis əzbərləmə” yarışmasında birinci yerə Rauf İbrahimxəlilov, ikinci yerə Zeynəb Xəlilli, üçüncü yerə Şəhriyar Fərhadov layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

alt menü