İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar

03 May, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Akademik Milli Dram Teatrında olublar.

Aİİ tələbələri Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Dəli yığıncağı” tamaşasını izləyiblər. Səhnə əsəri görkəmli yazıçı – dramaturq Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanıb.

Tamaşada Xalq artisti – Nurəddin Mehdixanlı, Əməkdar artistlər – Sənubər İsgəndərli, Elşən Rüstəmov, Vəfa Rzayeva və digər aktyorlar çıxış edirlər.

Sonda ali təhsil müəssisəsinin tələbələri kulisdə səhnə əsərinin yaradıcı heyəti ilə görüşüb, çıxış edən aktyorlarla xatirə fotosu çəkdiriblər.

alt menü