İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə onlayn iclas keçirilib

30 Aprel, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyətinin iştirakı ilə distant təhsillə bağlı onlayn iclas keçirilib.

İclasda mövcud şəraitdə cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, yaz semestri üzrə imtahan sessiyasının təşkili və digər məsələlər müzakirə olunub.
Onlayn iclasda çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, ali təhsil müəssisəsində də onlayn dərslər davam etdirilir. Qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması distant təhsil almaq, tədris prosesini tənzimləmək və ona nəzarət etmək üçün geniş imkanlar təqdim edir. A.Şirinov İlahiyyat İnstitutunda təhsilalan bəzi tələbələrin məsafədən tədrisə qoşula bilmədiklərini təəssüf hissi ilə bildirib.

Videokonfransda iştirak edən Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov və digər rəhbər heyət iclasın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bildirib, tələbələrin dərslərdə aktivliyinin təmin edilməsi, qiymətləndirilmənin aparılması və imtahan sessiyasının təşkili ilə əlaqədar təkliflərini səsləndiriblər.

A.Şirinov koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, 27 apreldən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıb.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün onlayn dərslərin təşkili həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 4 may 2020-ci ilə qədər ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.

alt menü