İlahiyyat İnstitutunun məsafədən dərslərlə bağlı online iclasları davam etdirilir

18 Aprel, 2020

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının Microsoft Teams proqramı üzərindən iclas keçirilib.

İclasda online tədrisin və kafedra əməkdaşlarının elmi tədqiqat işlərinin vəziyyəti, dərslik və dərs vəsaitlərinin hazırlaması prosesi müzakirə olunub.

İclas zamanı kafedra müəllimləri online tədrisin keyfiyyətinin artırılması istiqamətində öz təcrübələrini bölüşüblər, tədrisin səmərəliliyinə təsir edən müxtəlif amilləri qeyd ediblər. Müzakirələrdə, eyni zamanda, mövcud vəziyyətdə tələbələrin tədris prosesində maksimum fəallığının təmin edilməsi üçün müxtəlif təkliflər səsləndirilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün onlayn dərslərin təşkili həyata keçirilir. İnstitutda distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır.

alt menü