İlahiyyat İnstitutunun kafedra müdiri 44-cü beynəlxalq elmi təlimdə iştirak edib

28 İyul, 2023

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Şəhriyar İsmiyev və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov İordaniya Haşimilər Krallığı Vəqflər, İslam Məsələləri və Ziyarətgahları Nazirliyinin dəstəyi ilə dəvətçilərin hazırlanması, kvalifikasiyası və təlimi üzrə Kral II Abdulla adına İnstitutun təşkilatçılığı sayəsində paytaxt Ammanda keçirilən 44-cü beynəlxalq elmi təlimdə iştirak ediblər.

Beynəlxalq elmi təlim 20-27 iyul 2023-cü il tarixlərində baş tutub. Tədbirin açılış mərasimində Krallığın vəqflər, İslam məsələləri və ziyarətgahları naziri, professor Məhəmməd Əhməd əl-Xəlayləh, Krallığın Baş müftisi Şeyx Əbdülkərim əl-Xəsavnəh və digər dövlət nümayəndələri iştitak ediblər.

İordaniya Haşimilər Krallığı tərəfindən 9 noyabr 2004-cü ildə bəyan edilmiş, Qurani-Kərim və Həzrət Peyğəmbərin hədislərinə əsaslanan, sülh, əmin-amanlıq, birlik, həmrəylik, mötədillik və digər vacibəhəmiyyətli məsələləri təbliğ edən “Amman mesajı”nın məzmununun izah edilməsinə həsr olunmuş təlimə 24 ölkədən 70 nümayəndə qatılıb.

alt menü