İlahiyyat İnstitutunda tələbələr üçün təlimlər keçirilib

25 Aprel, 2022

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən icra edilən “Gənclər arasında zərərli dini baxışların sosial-psixoloji reabilitasiya, dini dözümlülük və multikulturalizmin təbliği” layihəsi çərçivəsində təlimlər keçirilib.

Təlimdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, dos. Aydın Əlizadə və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dos. Radif Mustafayev "Dini mətnləri necə anlamalıyıq", "Epistemioloji problem. Din sosial və fövqəltəbii fenomen kimi (elmi, fəlsəfi və dini yanaşmalara baxış)" mövzuları ətrafında çıxış ediblər. Təlimdə gənclər üçün dini şüurun sosial-psixoloji reabilitasiyası işini həyata keçirmək, onların dini dözümlülük və multikulturalizm sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.


alt menü