İlahiyyat İnstitutunda imtahanların nəticələri müzakirə olunub

16 Fevral, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestri qış imtahan sessiyasının nəticələri müzakirə olunub.

Aİİ rektoru Aqil Şirinov iclas iştirakçılarını salamladıqdan sonra, gündəlikdə olan məsələlər barədə məlumat verib.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov imtahan sessiyasının nəticələri, qarşıya çıxan problemlər haqqında geniş məlumat verib, sözügedən məsələlərin həlli üçün təkliflərini səsləndirib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov imtahanlar zamanı şahidi olduğu bir sıra məsələlərə toxunub. Bildirib ki, ümumilikdə imtahanları nəticələrini qənaətbəxş hesab etmək olar.

Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova təqaüd alacaq tələbələr haqqında məlumat verib, təkrar imtahanların uğurla başa çatdığını qeyd edib.

Aİİ Tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesi zamanı yaranan nöqsanlardan, imtahanların nəticələrindən, Operativ Qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistrantlar və doktorantlar barədə məlumat verib.

Ali təhsil müəssisəsinin rəhbəri Aqil Şirinov çıxış edənləri dinlədikdən sonra, qeyd edilən məsələlər barədə fikirlərini bölüşüb. İmtahanların obyektiv keçirildiyini, tələbələr tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşıldığını, onların təklif və şikayətlərinin dinlənildiyini vurğulayıb.

İclas müzakirələrlə davam edb.

alt menü