İlahiyyat İnstitutunda imtahanlar başlayıb

05 İyun, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası başlayıb.

Bakalavriat səviyyəsində 18 qrup üzrə 36 fəndən, magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə 18 fəndən imtahan keçiriləcək. Təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq iki növbədə təşkil olunan imtahanlar əyani formada, yazılı; zəruri hallarda isə şifahi şəkildə baş tutacağı gözlənilir.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.

Apellyasiya Komissyası 5 iyun 2023-cü il tarixindən etibarən fəaliyyətə başlayıb, son imtahan gününə qədər davam edəcək.

alt menü