İlahiyyat İnstitutunda “40 ayə” yarışması keçirilib

23 Aprel, 2026

Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “40 ayə” yarışması keçirilib.
Müsabiqə Aİİ-nin tələbələri arasında təşkil olunub.
Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri – fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov və sosiologiya üzrə fəlsəfə doktoru Daşdəmir Mahmandarov təmsil olunublar.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər əzbər söylədikləri ayələrin təcvid qaydalarına düzgün riayət etmələri və tərcüməsini düzgün səsləndirmələri əsasında müəyyən olunublar.
Beləliklə, “40 ayə” yarışmasında I yerə – “İslamşünaslıq” ixtisasının III kurs tələbəsi Vüsal Kərimov; II yerə – “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Elvin Qurbanov; III yerə – “İslamşünaslıq ixtisasının III kurs tələbəsi Mustafa Alxasov layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıblar.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

alt menü