İlahiyyat İnstitutu da yardım kampaniyasına qoşulub

08 Fevral, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub.

İnstitut əməkdaşlarının topladığı humanitar yardımlar Bakı şəhəri, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində yardım toplama məntəqəsinə çatdırılıb.

Qeyd edək ki, Aİİ rəhbərliyi başda olmaqla bir qrup əməkdaşı “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına pul vəsaiti köçürüb.

Aİİ kollektivi qardaş Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.

alt menü