Forumun ikinci günü panellərlə davam edir

21 Dekabr, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forumun ikinci günü panellərlə davam edir.

İstanbul Mədəniyyət Universiteti Sosial və hümanitar elmlər fakültəsi Dosent Mustakim Arıcının moderatotluğu ilə baş tutan paneldə “Dini yönümlü psixoterapevtik yardımın nəzəri əsasları: Rusiya İslam diskursu”, “Müsəlman din xadiminin psixoloji yetərliliyi: problemlər və perspektivlər”, “Erkən şiə təfsirinin qaynağı olaraq əhli-beyt imamları” və “İslamşünaslığın tədrisində Kələxana türbələr kompleksində aşkarlanan yeni numizmatik tapıntıların rolu” mövzularında məruzələr dinlənilib.

İslam iqtisadiyyatı üzrə ekspert Anar Yusufzadənin moderatorluğu ilə baş tutan digər paneldə tədqiqatçıların “Gürcüstanda İslam: tarixi və bu günü”, “Türkçe Entelektüel Üretimde İslam Felsefesi Çalışmalarının Yeri: 2000-2023 Döneminin Değerlendirilmesi”, “İslam hüququnda ictihad, təlfiq, təqlid və onların müasir problemləri” və “Bidət və xurafat: mahiyyəti, fəsadları və onlarla mübarizə metodları mövzularında məruzələri dinlənilib.

Aİİ İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun moderatoru olduğu sonuncu paneldə isə “Hacı Zeynalabdin Tağıyev xeyriyyəçiliyində müsəlman kimlik və ümmətçilik şüurunun rolu”, “Qazaxıstanlı imamlar üçün “Üç sabah” prizmasında gələcəyə dair seçimlər”, “İnternetdə İslam və gender: qadınlar, görüntü və steoreotiplərlə mübarizə”, “Mötəzilə düşüncəsinin parlaq dövrü və xəlqul-Quran məsələsi” və “MDB məkanında ali dini təhsilin müqayisəli təhlili (Azərbaycan İlahiyyat İnstitutu və Daşkənd İslam İnstitutu nümunəsində)” mövzularında məruzələr olunub.

Qeyd edək ki, “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forumun məqalələri kitab halında nəşr olunacaq.

alt menü