Dosent Elnurə Əzizovaya modullar üzrə sertifikatlar təqdim olunub

24 May, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert sertifikatları ilə təltif olunub.

TKTA-nın təşkilatçılığı ilə Bakıda “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilib. Forumda Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiya başda olmaqla, təhsildə keyfiyyət təminatı sahəsində mühüm beynəlxalq təşkilatların ekspertləri iştirak ediblər. Forum çərçivəsində Keyfiyyət Təminatının Qiymətləndirilməsi üzrə TKTA-nın təlimlərini uğurla başa vurmuş ekspertlərə sertifikatlar təqdim olunub.

“Daxili keyfiyyət təminatı mexanizmləri”, “Xarici keyfiyyət təminatı” və “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair üç modulu da uğurla başa vuran dosent E.Əzizovaya modullar üzrə sertifikatlar təqdim olunub.

alt menü