COP29-la əlaqədar maarifləndirmə tədbirlərinə başlanılıb
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib.
Qeyd edək ki, Tədbirlər planı “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13.01.2024-cü il tarixli, 4264 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17.04.2024-cü il tarixli, 3-29/3-2-195F/2024 nömrəli əmrinə əsasən hazırlanıb.
Tədbirlər planı çərçivəsində 2024-cü ilin may ayından etibarən, tələbələrin müvafiq həştəqlərdən istifadə edərək iqlim dəyişikliyi problemləri, COP29 haqqında məqalələrin yazılması, infoqrafikaların paylaşılmasının təşviq edilməsi istiqamətində maarifləndirmə işləri aparılır.
Qeyd olunanları nəzərə alaraq, Aİİ tələbələri “Yaşıl planet” adlanan instaqram bloqu yaradıblar. Burada COP29 da daxil olmaqla, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər qlobal məsələlər barədə məqalələr paylaşılıb.
Layihə çərçivəsində tələbələrin iqlim dəyişikliyi, ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan rasional istifadə və digər qlobal məsələlər barədə maarifləndirilmə tədbirləri davam etdiriləcək.