Beynəlxalq forumun materialları çap olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forumun materialları çapdan çıxıb.
Kitaba yazdığı Ön sözdə Aİİ rektoru Aqil Şirinov bildirib ki, MDB ölkələrində İslamşünaslıq mövzusu cəmiyyət qarşısında özünü təqdim edərkən, keçmiş problemləri ilə deyil, gələcək perspektivləri ilə çıxış etməlidir. A.Şirinov elm xadimlərinin birbaşa iştirakı ilə “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda baş tutmuş beynəlxalq forumun bu sahədəki gələcək tədqiqatlara töhfə verəcəyinə əminliyini ifadə edib.
Məlumat üçün bildiririk ki, Forumun keçirilməsində məqsəd MDB ölkələrində islamşünaslıq istiqamətində mövcud vəziyyəti müzakirə etmək, bu sahənin aktual problemlərinin tədqiqinə marağı artırmaq, həmçinin tədqiqatçılar arasında qarşılıqlı elmi əməkdaşlığı təşviq etməkdir.