Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və ali təhsil müəssisəsinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

20 Oktyabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov və ali təhsil müəssisəsinin rəhbər heyəti şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş Məmmədov Vüqar İlqar oğlu və Ağayev Rəşad Rövşən oğlunun ailəsini ziyarət edib.

Görüş zamanı ailə üzvləri ilə söhbətlər aparılaraq, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi qeyd olunub. Bildirilib ki, hazırda qalib və yenilməz xalq kimi yaşamağımızı şəhidlərimizə, qazilərimizə borcluyuq.

alt menü