Azərbaycan İlahiyyat İnstitutunun rəhbər heyəti şəhid ailəsini ziyarət edib

22 Oktyabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyəti şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş Əlizamin Mustafalı Valeh oğlunun ailəsini ziyarət edib.

Görüş zamanı ailə üzvləri ilə söhbətlər aparılaraq, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi qeyd olunub. Bildirilib ki, hazırda qalib və yenilməz xalq kimi yaşamağımızı şəhidlərimizə, qazilərimizə borcluyuq.

Qeyd edək ki, Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

alt menü