Azərbaycan İlahiyyat İnstitutunda ilk dərslər Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub

25 Fevral, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinini tədbirlər planı”na əsasən, bu gün ilk dərslər Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub.
Müəllimlər 30 il bundan əvvəl Xocalı sakinlərinə qarşı sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəklərini diqqətə çatdırıblar.
Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotoşəkillər, məlumatlar, faciəni özündə əks etdirən sənədli filmlər nümayiş olunub.

alt menü